SON XƏBƏRLƏR

Lənkəranda evdə oynayarkən yıxılan azyaşlı xəstəxanada vəfat edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində Qafqazinfo-ya istinadən verir.

Hadisə rayonun Liman qəsəbəsində 26 mart tarixində baş verib. Belə ki, 6 yaşlı İ.Fərəcli evdə oynayarkən yıxılaraq xəsarət alıb.

Azyaşlı xəstəxanaya yerləşdirilib və bir neçə gün sonra, 30 mart tarixində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.