SON XƏBƏRLƏR

Lənkəranda avtomobillərdən oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Bu haqda bu gün, 13 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə oğurluq faktları ilə müraciətlər daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda 5 avtomobildən mobil telefonlar, qızıl-zinət əşyası, qol saatı və içərisində geyim əşyaları olan çanta oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini A.Əzizli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.