SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu haqda bu gün, 27 aprel tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Agentlik tərəfindən keçirilən yoxlamalar zamanı Lənkəranda fəaliyyət göstərən mağazalarda obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi faktı aşkarlanıb. Nöqsanların aşkar edildiyi obyektlər aşağıdakılardır:

– Yəhyayev Emil Əziz oğluna məxsus market – Şiləvar kəndi;

– “Xəzər” marketi – Füzuli küçəsi, ev 10;

– “Panda” marketi – Şiləvar kəndi.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.