Qida Təhlükəsizliyi Agentliyi Lənkəranda yoxlamalar təşkil edib. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
İstehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər zamanı aşağıdakı obyektlər cərimələnib:
- Səfərov Bəxtiyar Yaqub oğluna məxsus mağaza – Lənkəran rayonu, Vilvan kəndi;
- Seyfullayev Çingiz Bayram oğluna məxsus şərab evi – Lənkəran şəhəri, P.Təhməzov küçəsi.
Qeyd olunan obyektlərdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi faktı aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.