Lənkərana qar yağıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 yanvar tarixində verir.
Hal-hazırda rayon ərazisində qar yağmağa davam edir. Yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb.
Aidiyyəti qurumun əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə tədbirlər görülür.