SON XƏBƏRLƏR

Lənkəran rayonunun Zövlə kəndində yerləşən transformator təhlükə saçır. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Transformator yaşayış ərazisinə yaxın yerləşdiyindən bu hal sakinləri narahat edir.

“Transformatorun çəpəri yoxdur, yol qırağında yerləşir. Bura insanların sıx gediş-gəlişi olan ərazidir. Çəpər çəksələr, bədbəxt hadisənin qarşısını almış olarlar. Xahiş edirik aidiyyəti qurumlardan, bu məsələni həll etsinlər”, – deyə sakinlər bildiriblər.