SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Zərifə Əliyeva, 78/1nömrəli binanın, 3-cü blokunun sakinləri bu gün, 20 sentyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Onlar bildiriblər ki, bir müddət öncə binanın zirzəmisində çirkab sular aşkarlandığından aidiyyəti qurumların əməkdaşları gəlib suyu zirzəmidən çəkiblər.

“Zirzəminin yararsız hala düşən qapısını yeniləmək əvəzinə bura taxta lövhə qoyulub. İnanın ki, ağcaqanadın və pis qoxunun əlindən bloka girib-çıxa bilmirik. Bu bir yana, 1-ci mərtəbə sakinləri evlərində otura belə bilmirlər. Xahiş edirik, aidiyyəti qurumlar məsələni tez bir zamanda həll etsinlər”, – deyə sakinlər söyləyiblər.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər