SON XƏBƏRLƏR

Lənkəran şəhər 8 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr olunmuş məktəblilərarası rayon birinciliyinin qalibləri məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən və 21 komandanın iştirak etdiyi “Zəfər kuboku” üçün mübarizədə:
I yerə Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbin “Ultimatum” komandası;
II yerə Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin “Avanqard” komandası;
III yerə Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin komandası layiq görülüblər.

Qeyd edək ki, yarışma Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi və “Lənkəran Klubu”nun birgə təşkilatçılığı ilə baş tutub.