SON XƏBƏRLƏR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Nərimanabad qəsəbə tam orta məktəbində yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq məqsədilə bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir təşkil edilib. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bu gün, 29 sentyabr tarixində Cenublu.az-a verilib.

Çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd edib. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya barəsində geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib. Şöbə rəisi şagirdləri təhsilə və sağlam həyat tərzinə daha həvəslə yanaşmağa, dövlətin, cəmiyyətin və valideynlərinin onlara bəslədiyi etimadı doğrultmağa çağırıb. Qeyd edib ki, gələcəkdə xalqı, Vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə sadalanan zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq durmalıdır.

Sonra mövzu ətrafında çıxışlar dinlənilib, narkomaniyanın zərərli təsirlərindən bəhs edən videoçarx izlənilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

DİN
DİN