SON XƏBƏRLƏR

Lənkərandan olan yaralı hərbçimiz Elnur Həsənov hərbi hospitalda ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.

Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan hərbçimiz Həsənov Elnur Elçin oğlu Lənkəran ŞİH başçısının müavini Vüqar Məmmədov tərəfindən Bakı şəhərində müalicə aldığı hərbi hospitalda ziyarət olunub.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun göstərişi əsasında ziyarət olunan lənkəranlı hərbçinin sağlıq vəziyyəti barədə məlumat alınıb, hərbçimizin qayğı və problemləri ilə maraqlanılıb, icra hakimiyyəti olaraq lazımıi köməkliklər göstərilib, tezliklə sağalaraq xidmət yerinə qayıtması arzu olunub.