SON XƏBƏRLƏR

Lənkəran rayonu, Xarxatan kəndinin işıq dirəyi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 dekabr tarixində verir.

“Nüsrətin marketi” yerləşən küçədə olan dirək aşmaq üzrədir. Sakinlər bildirirlər ki, bu hal uzun müddətdir ki, davam edir. “Dirək aşsa, naqillər qırılacaq və buradan keçən şəxslər təhlükə ilə üzləşəcəklər”, – deyə onlar söyləyiblər.