Lənkəranda uzun müddət tullantılar içində olan xəndəklər təmizlənib. Lakin işlər axıra qədər görülməyib. Bu haqda bu gün, 2 dekabr tarixində Cenublu.az məlumat verir.
2 ilə yaxın təmizlənməyən xəndəklər Azad Mirzəyev küçəsindədir. Axar suların maneəsiz keçməsi üçün küçənin gediş-gəlişli hissəsində olan xəndəklər təmizlənib. Belə ki, tullantı və kol-koslar təmizlənərək yol qırağına yığılıb.
Təqdim etdiyimiz fotomateriallardan göründüyü kimi, xəndəklərin təmizlənməyən hissəsində isə su yaşıl rəngdədir.
İşlər Mənzil Kommunal İstismar İdarəsi (“Jek”) tərəfindən “görülüb”.