SON XƏBƏRLƏR

Lənkəran rayonu, Velədi kəndinin Lənkərançayın üzərindən keçən körpüsünün ətrafı zibillik içindədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 dekabr tarixində verir.

Belə ki, ərazi xeyli müddətdir ki, bu vəziyyətdədir. Sakinlər bildiriblər ki, dəfələrlə ərazinin təmizlənməsi ilə bağlı müraciət etsələr də, məsələ öz həllini tapmayıb.