SON XƏBƏRLƏR

Vüsal Rəhimli Vətən müharibəsi veteranı olaraq dövlət qayğısı ilə əhatə olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində Report.az-a istinadən verir.

O, müharibədən öncə tez-tez yuxusunda işğal altında olan torpaqlarımızın azad olmasını gördüyünü bildirib. “Müharibədən əvvəl tez-tez yuxumda görürdüm ki, əsgər yoldaşlarımla düşmən tərəfindən işğal olunmuş torpaqlarımıza getmişik”. “Yuxuda nə görmüşdümsə, müharibədə hamısını yaşadım. Ona görə də hamıya deyirdim ki, darıxmayın, o gün yaxındadır”, – deyə o əlavə edib.

V.Rəhimli bildirib ki, Azərbaycanın haqq savaşında onun da payı olduğu üçün xoşbəxtdir.

Qeyd edək ki, Vüsal Rəhimli Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Vətən müharibəsinə könüllü qatılıb. Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Döyüşlərin şiddətli vaxtı minaya düşərək sağ ayağını itirib.

İlham Əliyevin müvafiq Sərəncamları ilə Vüsal Tağı oğlu Rəhimli “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran şəhərində yerləşən yeni yaşayış kompleksində tam təmirli, ikiotaqlı mənzil və minik avtomobili verilib.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər