SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Lənkəran və Masallıda yerləşən bir sıra ictimai iaşə obyektlərini cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.

Belə ki:

  • Masallı rayonu, Viləş kəndində Məmmədov Elmidar Vaqif oğluna məxsus süd qəbulu məntəqəsi;
  • Masallı şəhəri, M.C.Talışxanov küçəsi, ev 8-də yerləşən Zeynalov Nurlan Elxan oğlna məxsus “Karal” restoranı;
  • Lənkəran şəhəri, Nizami küçəsi, 87-də yerləşən və Babayev Xalid İqbal oğluna məxsus “Zəm Zəm” dönər evi;

sanitar norma və qaydaların pozulmasına görə barələrində inzibati protokol tərtib olunub.

  • Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən və Əhədov Xaləddin Seyfulla oğluna məxsus çay evi obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsinə görə barəsində inzibati protokol tərtib olunub.
  • Lənkəran rayonu, Separadi kəndində Hüseynova Zərifə Taptıq qızına məxsus “Ulum” şadlıq evi sanitar norma və qaydaların pozulmasına görə barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.