SON XƏBƏRLƏR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cənub bölgəsində yoxlamalar təşkil edib. Bu haqda bu gün, 22 noyabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.

Keçirilən monitorinqlər nəticəsində Lənkəran və Cəlilabadda iki obyektdə sanitar norma və qaydaların pozulması faktı aşkarlanıb. Aşağıda qeyd olunan obyektlərlə bağlı inzibati protokollar tərtib olunub:

  • Quşların yetişdirilməsi – Lənkəran şəhəri, V.Hüseynov küçəsi, döngə-1, ev 3
  • “Taleh” market  – Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 68A