SON XƏBƏRLƏR

Keçən il Lənkəran Melioservis İdarəsi tərəfindən Lənkəran və Astara rayonlarında əkin sahələrinin suvarılması uğurla təmin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 yanvar tarixində Azertac-a istinadən verir.

Lənkəran Melioservis İdarəsinin rəisi Tarverdi Əhmədov bildirib ki, kəndlərdə su ötürücüləri, drenajlar təmizlənib, 160 min kubmetrdən çox torpaq işləri görülüb.

O qeyd edib ki, 2022–ci ildə Astarada 160 min kubmetr, Lənkəran zonasında isə 15 min kubmetrə qədər torpaq işləri icra olunub. Əkin sahələrini suvarma suyu ilə vaxtında təmin etmək üçün tələb olunan bütün tədbirlər həyata keçirilib. Əsas kanalların, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma, eləcə də kollektor-drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların əsaslı və cari təmiri, yenidən qurulması təmin edilib.

“Fermerlərə kömək etmək məqsədilə təsərrüfatdaxili kanallar lildən təmizlənib. Pensər çayında sel sularını ötürmək üçün təmizləmə işləri də icra olunub. Ərçivan və Kələdəhnədə kollektor və drenaj şəbəkələri təmizlənib”, – deyə o, bildirib.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü