SON XƏBƏRLƏR

Lənkəran rayonunun Ürgə kəndində şəhid Araz İbadlı və Zabil İbadzadənin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Lənkəran şəhər İcra Hakimiyyətinə istinadən verir.

Bulaq kompleksinin açılışını Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhid atası Babəli İbadovla birgə edib. İcra başçısı bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. Vətən müharibəsində qazandığımız zəfər barədə fikirlərini bölüşən T.Qaraşov haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daim irəli getmək əzmində olanların çoxunun gənc nəslin nümayəndələri olduğunu vurğulayıb.

Şəhid atası Babəli İbadov isə övlad itkisinin çətinliyindən danışaraq bildirib ki, ağrı və acılarına rayon rəhbərliyinin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir.

Çıxışlardan sonra məktəblilərin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şeirlər səsləndirilib. Daha sonra Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhidlərin ailə üzvləri və kənd ictimaiyyəti Ürgə kənd qəbiristanlığında şəhidlərimizin məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər çiçəklər düzüb və ruhlarına dualar ediblər.

Qeyd edək ki, İbadlı Araz Babəli oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə”, şəhid İbadzadə Zabil Fikrət oğlu isə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüblər.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon