SON XƏBƏRLƏR

Lənkəran Heydər Əliyev Mərkəzinin və GİKM-in Lənkəran nümayəndəliyinin əməkdaşları gənclərlə birgə “Ulu Öndər və gəncliyimİZ” adlı dəyirmi masa keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
Müzakirə zamanı ilk olaraq Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova və tarixçi, Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnarə Seyfullayevanın çıxışları dinlənilib. Onlar Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən birinin məhz gələcəyimizə – Azərbaycan gəncliyinə verdiyi töhfələrdən ibarət olduğunu bildiriblər. Gənclərin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin danılmaz xidmətlərindən danışıblar.
Dəyirmi masa gənclərlə fikir mübadiləsinin aparılması ilə başa çatıb.