Lənkəranda qanun pozuntularına yol verən obyekt cərimələnib. Bu haqda bu gün, 18 may tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi monitorinq nəticəsində Girdəni kəndində yerləşən “UFA” marketində qanun pozuntusu aşkar edilib. Mağazada obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.