SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Gəgiran, Xanbulan və Boladi kəndlərində şəhidlərimizin məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Belə ki, sözügedən kəndlərdə şəhidlərimiz Bağırzadə Mahsun Zahir oğlunun, Mirzəyev Rasim Fətta oğlunun və İsmayılov Taleh Səndəl oğlunun anım günləri keçirilib.

İcra başçısı, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhidlərin ailə üzvləri və ictimaiyyətin nümayəndələri şəhidlərimizin Xanbulan, Gəgiran və Boladi kənd qəbiristanlıqlarındakı məzarlarını ziyarət edib, qəbirləri üzərinə tər güllər düzüb və ruhlarına dualar ediblər. Şəhidlərin ailə üzvləri ilə yaxından söhbət edən icra başçısı onların qayğı və istəkləri ilə maraqlanıb. .

Qeyd edək ki, şəhidimiz M.Bağırzadə dövlətimizin başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, şəhid R.Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, şəhid T.İsmayılov isə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medallarına layiq görülüb.

 

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,