SON XƏBƏRLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Lənkəran Telekommunikasiya Qovşağının iş zamanı xəsarət alan əməkdaşını ziyarət ediblər. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı RK Facebook səhifəsinə istinadən xəbər verir.

Qurumun əməkdaşları Tural Qasımov və Fərid Nəsibov Lənkəran TKQ-nin xətt montyoru Şahmarov Rövşən Gülağa oğlunun evində olublar. Onlar Rövşən bəyin səhhəti və qayğıları ilə maraqlanıblar.

Təşkilat tərəfindən Şahmarov Rövşənə 2 motorlu döşəkli çarpayı və ərzaq yardımı edilib.

Qeyd edək ki, Şahmarov Rövşən iş başında olarkən ehtiyatsızlıqdan rabitə dirəyindən yıxılıb.