SON XƏBƏRLƏR

Lənkəranda ting paylama aksiyası keçirilib. Bu haqda bu gün, 25 mart tarixində Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin və “Bazarstore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 316 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

Qeyd edək ki, Lənkəranda keçirilən aksiyada vətəndaşlar fəal iştirak ediblər və aksiyalar müddətində ən çox şüşə tullantı burada təhvil verilib.