SON XƏBƏRLƏR

Lənkəran rayonu ərazisində Radio Teleyayım Stansiyasının 89.6 MHz tezliyinin lisenziyasının alınması üçün 3 radio müsabiqəyə buraxılıb. Bu haqda bu gün, 2 sentyabr tarixində Cenublu.az Audiovizual Şuraya istinadən xəbər verir.

Audiovizual Şuranın qərarına əsasən, 13 iyul tarixinədək tezliklərdən istifadə edilməsi üçün sənəd təqdim edən 3 radio müsabiqədə iştirak edəcək:

  • “Baku FM” MMC (radio kanalın adı: “Baku Hit FM”)
  • “Retro FM” MMC (radio kanalın adı: “Baku Retro FM”)
  • “NHR” MMC (radio kanalın adı: “Yurd FM”)

Şura tərəfindən yaradılmış komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayacaq. Komissiya üzvləri 15 gün ərzində Şura üzvlərinə yekun rəyi təqdim etməlidirlər.