SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında gənc aktyorlar üçün üç günlük ustad dərsləri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində Dram Teatrına istinadən verir.

“Stanislavski sisteminin psixofizik etapları” mövzusunda reallaşan məşğələləri Boris Şukin adına Moskva Teatr Akademiyasının məzunu, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Abdulla Elşadlı aparıb.

Dərslərdə əsasən diqqətin aktyor texnikasında önəmi, əzələ sərbəstliyi, fantaziya və təxəyyül, təklif olunmuş vəziyyət, fiziki əhvali-ruhiyyə, əşyaya, partnyora və məkana qarşı münasibətlərin dəyişməsi, məqsədə çatmaq üçün görülən əməl və s. barədə ətraflı məlumat verilib, eyni zamanda aktyor sənəti üçün vacib olan digər məsələlərdən danışılıb.