SON XƏBƏRLƏR

Lənkəranda direktor müavinləri üçün təlim keçirilib. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az Lənkəran Şəhər Şağlakücə kənd tam orta məktəbinə istinadən xəbər verir.

Təlim Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Lənkəran təhsil sektoru tərəfindən təşkil olunub. Burada təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.

Tədbirdə “Məktəbdə tədrisə nəzarət”, “Məktəbdə tədrisin təşkili” və “Tədrisin əlaqələndirilməsi” mövzularında təlimlər baş tutub.