SON XƏBƏRLƏR

Elm və Təhsil naziri Emin Əmrullayevin əmri ilə Leyla Tofiq qızı İbrahimova Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru vəzifəsinə təyin olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

Leyla Tofiq qızı İbrahimova 4 mart 1988-ci ildə Lənkəran rayonu Darquba kəndində anadan olub. 2004-2008-ci illərdə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasını fərqlənmə diplomu ilə bitirib və “Azərbaycan dili” ixtisası üzrə magistraturaya daxil olub.

2011-2016-cı illərdə bank sektorunda çalışıb. 2016-2020-ci illərdə Lənkəran Dövlət Universitetində laborant, tyutor, daha sonra “Tədrisin təşkili və əlavə təhsil”, “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölmələrinin rəhbəri olmuşdur. 12 oktyabr 2020-ci ildən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. LDU-nun “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının 0.5 ştat müəllimi və doktorantıdır. Leyla İbrahimova 2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 10-dan artıq tezis və məqalənin müəllifidir. Ailəlidir, 2 övladı var.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda