SON XƏBƏRLƏR

Lənkəran rayonu, Şiləvar kəndində sakinlər telefon və internetlə bağlı problem yaşayırlar. Bununla bağlı onlar bu gün, 20 sentyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Belə ki, “Refem market 5”lə üzbəüz olan küçənin sakinləri bildirirlər ki, məhəllələrində dirəklər olsa da, telefon xətləri yoxdur.

“Bir neçə vaxtdır ki, məhəlləyə internet çəkmək istəyirik. Lakin telefon xətləri olmadığından bunu edə bilmirik. Məktəblər açılıb, uşaqlarımız internetdən istifadə edərək məlumatlar əldə etməlidirlər. Meqabayt çatdırmırıq. Dəfələrlə müraciət etmişik, amma səsimizə səs verən olmayıb. Xahiş edirik, aidiyyəti qurumlar bu məsələni tez bir zamanda həll etsinlər”,- deyə sakinlər qeyd ediblər.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər