SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyəti sahibsiz itlərlə bağlı açıqlama verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.

Bildirilir ki, Lənkəranın ərazisində sığınacaq olmadığından və İcra Hakimiyyətinin büdcəsində sahibsiz itlərlə bağlı vəsait nəzərdə tutulmadığından məsələnin tez bir zamanda həll edilməsi imkan xaricindədir.

Lakin məsələ İcra Hakimiyyəti tərəfindən nəzarətə götürülüb və həlli istiqamətində imkanlar axtarılır.