SON XƏBƏRLƏR

Taleh Qaraşov Kənarmeşə, Seyidəkəran və Şilim kəndlərinin sakinləri ilə qəbul-görüş keçirib. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Lənkəran ŞİH-yə istinadən xəbər verir.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov bildirib ki, bu səpkili görüşlərin yerlərdə keçirilməsində məqsəd vətəndaşları birbaşa dinləmək, onları narahat edən problemlərin həllinə köməklik göstərmək, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə müvafiq qurumlara rəsmi müraciətlər ünvanlamaq və nəticə barədə vətəndaşları məlumatlandırmaqdır. İcra başçısı yerli sakinləri narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayıb. Taleh Qaraşov dövlət və vətəndaş arasında münasibətlərin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini qeyd edib.

Ötən səyyar qəbul-görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumatları inzibati ərazi dairəsinin sakinləri ilə bölüşən Taleh Qaraşov qeyd edib ki, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid və obyektiv qaldırılan bütün məsələlər həllini tapıb. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıblar.