SON XƏBƏRLƏR

Lənkəranda şəhidlərimiz Aqşin İbadov, Ehtiram Hüseynli və Emil Şıxəlizadənin məzarları ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində quruma istinadən verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Boladi kənd, Gərmətük qəsəbə və Lənkəran şəhərinin Kiçik Bazar qəbiristanlıqlarında dəfn olunan bütün şəhidlərimizin məzarları ziyarət edilib.

İcra başçısı şəhidlərimizin ailə üzvləri ilə yaxından maraqlanıb və onların qayğılarını dinləyib. O qeyd edib ki, 30 illik torpaq həsrətinə son qoyan, ərazi bütövlüyümüzü təmin edən və suveren hüquqlarımızı bərpa edən şəhidlərimizin  xatirəsinin əziz tutulması dövlətin ali siyasi rəhbərliyinin birbaşa nəzarətindədir.

“44 günlük haqq savaşında xalq olaraq göstərdiyimiz birliyi bu gün şəhidlərimizə qarşı diqqət və qayğıda, onların anım mərasimlərində də göstərməyə davam edirik”,- o əlavə edib.