SON XƏBƏRLƏR

Şəhidlərimiz: Emil Qurbanov, Valeh Əkbərzadə, Röyal İbrahimov, Şəhriyar Həbibi, Əbdülhəsən Həsənzadə və Taleh İsmayılovun anım günü ilə bağlı məzarları ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, şəhidlərin ailə üzvləri və ictimaiyyətin iştirakı ilə baş tutan ziyarətlərdə şəhidlərimizin məzarları üzərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

Həmçinin icra başçısı şəhid Röyal İbrahimovun xatirə bulaq kompleksinin açılışında da iştirak edib. Qaraşov şəhid ailələrinin üzvləri ilə söhbət edib, onların qayğılarını dinləyib.

Şəhid valideynləri hava şəraitinin yağışlı və küləkli olmasına baxmayaraq, icra başçısına onları tək buraxmadığı üçün minnətdarlıqlarını bildiriblər.