SON XƏBƏRLƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidimiz Araz İbadlının məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində verir.

Belə ki, icra başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhidlərimizin ailə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Ürgə kənd qəbiristanlığındakı bütün şəhidlərimizin məzarları ziyarət olunub, üzərlərinə tər güllər düzülüb, ruhlarına dualar oxunub, onlara olan hörmət və ehtiram ifadə edilib. İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə yaxından maraqlanıb. Taleh Qaraşov bildirib ki, Vətən üçün yaşanılan ömürlər unudulmur və hər zaman insanların qəlblərində, yaddaşlarında olur.

Şəhid valideynləri də övladlarına göstərilən ehtiramdan razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhidimiz A.İbadlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon