SON XƏBƏRLƏR

Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhidlərimiz Kənan Axundzadə və Elnur Talıbovun anım günündə məzarlarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid ailələri üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri hörmət və ehtiramla anılıb, ruhlarına dualar oxunub. İcra başçısı Taleh Qaraşov şəhidlərimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, şəhidimiz K.Axundzadə döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, E.Talıbov isə “Vətən uğrunda”, “Cəsur döyüşçü” ,“Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda