Lənkəran şəhəri, Səttərxan küçəsi artıq 2 gündür ki, naməlum səbəblərdən işıqlandırılmır. Bununla bağlı sakinlər bu gün, 8 fevral tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, küçənin ara dalanlarında 6 fevral tarixindən bəri axşam saatlarında dirəklər yandırılmır.
Qeyd edək ki, əraziyə işıq dirəkləri təzəlikcə quraşdırılıb və küçə yenicə işıqlandırılmağa başlayıb.