Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərinin 30 illiyi Lənkəranda da qeyd olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 iyun tarixində Azərtac-a istinadən verir.
Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Niiqata prefekturasının “Sanco çərpələngləri” ənənəvi nümayişi iyulun 23-də Lənkəran səmasında baş tutacaq.
“Sanco altıbucaqlısı” adı ilə tanınan çərpələnglər əvvəllər dəfələrlə xarici ölkələrdə nümayiş etdirilsə də, bu, ilk dəfə Azərbaycanda səma döyüşü şəklində təqdim olunacaq.
“Sanco çərpələngləri” Assosiasiyasının sədri Sudo deyib ki, tədbirdə iştirak etmək üçün Azərbaycana assosiasiyanın 26 yaşdan 54 yaşadək olan 10 üzvü yola düşəcək.
Bu çərpələnglər Azərbaycanda ilk dəfə 2018-ci ildə nümayiş olunub.





