SON XƏBƏRLƏR

Lənkəran sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Günəhir kənd sakini N.Cəfərovun və Kərgəlan kənd sakini F.Hüseynovun yaşadıqları evlərə baxış zamanı qanunsuz saxladıqları “İJ” və “BM” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.