SON XƏBƏRLƏR

Lənkəranda ilk yardım üzrə maarifləndirici tədbir keçirilib. Bu barədə 28 sentyabr tarixində Cenublu.az xəbər verir.

Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi görüşdə könüllülər və yerli sakinlər iştirak ediblər. Onlara İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan bukletlər paylanılıb.

Materiallarda ilk yardım, ana südü ilə qidalandırma, gözlərə qulluq, yeniyetmələr arasında sui-qəsd hallarının qarşısının alınması və s. mövzular qeyd olunub.