SON XƏBƏRLƏR

Qanunsuz ov ilə məşğul olan Lənkəran sakinləri saxlanılıblar. Bu haqda bu gün, 30 yanvar tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədovun verdiyi məlumata əsasən, Lənkəran şəhərinin akvatoriyasında qanunsuz balıq ovlayan rayon sakinləri Samid Ağayev və İlham Mirzəyev saxlanılıblar. Bəhruz Məhəmmədov, həmçinin bildirib ki, Lənkəran rayon sakini Mehti Dadaşovun ov qaydalarını pozması faktı müşahidə edilib.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.