SON XƏBƏRLƏR

Lənkərandan olan iki qadın axtarılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 oktyabr tarixində verir.

Azadə Eynəli qızı İsayeva və Sevda Həsən qızı Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa veriliblər.

Azadə Eynəli qızı İsayeva 14 may 1964-cü ildə Lənkəran rayonunda anadan olub. Bakı şəhər sakinidir. 2020-ci ildən axtarışdadır.

Sevda Həsən qızı Həsənova 30 iyul 1968-ci ildə Lənkəran şəhərində anadan olub, Bakı şəhər sakinidir. 2015-ci ildən interpol kanalları ilə beynəlxalq axtarışdadır.