SON XƏBƏRLƏR

Sumqayıt şəhərində keçmiş məhkumda silah aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunan 40 yaşlı Lənkəran şəhər sakini Kələntərov Rahim Səxavət oğlunun üzərindən “Walter” markalı tapança və həmin tapançaya aid 1 ədəd boş sandıqça aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.