Lənkəran sakini polis əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Ötən ilin 25 dekabr tarixində Xırdalan şəhəri ərazisində Ş.Sərdarovun 430 manat pulu soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Razim Nəsirli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci (Soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.