SON XƏBƏRLƏR

Lənkəran sakini şəhid ailəsinin üzvünün çantasından pul oğurlayıb. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 10 oktyabr tarixində verilib.

Belə ki, Astara sakini, Vətən müharibəsi şəhidinin ailə üzvü olan qadın polisə müraciət edərək Lənkəran şəhər Mərkəzi bazar ərazisində olarkən çantasındakı pulun cibgirlik yolu ilə oğurlandığını bildirib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən rayon sakini Seymur Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda