SON XƏBƏRLƏR

Lənkəran sakini Bakıda mobil telefon oğurladığına görə saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.

Belə ki, Bakı şəhəri, Nizami rayonu ərazisindəki bazarda Bakı şəhər sakini R.Əsədovun mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Şəfiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində daha bir qadının mobil telefonunu cibgirlik yolu ilə oğurlaması da müəyyən olunub.