SON XƏBƏRLƏR

Bakıda şəxsi münasibətlər zəminində şəhər sakinini qətlə yetirən Lənkəran sakininin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu haqda bu gün, 30 may tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Ötən ilin iyul ayında Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Ülfət Höccətovun yaşadığı evdə yanmış meyitinin aşkar olunması ilə bağlı araşdırma aparılıb. Nəticədə hadisənin qəsdən törədildiyinə dair əsaslı şübhələr yaranıb. Ü.Höccətovun yanmış meyitinin müayinəsi zamanı sinə və kürək nahiyyələrində kəsici-deşici xəsarətlərin olması aşkar edildiyindən, onun hadisədən əvvəl qətlə yetirildiyi müəyyən edilib.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini C.Ramazanovu saxlayaraq prokurorluğa təqdim ediblər.

İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 23-nə təyin edilib.