Avtomobil oğurlamaqda şübhəli bilinən Lənkəran sakini saxlanılıb. Bu haqda bu gün, 8 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Paytaxtın Nəsimi rayonu ərazisindən İsmayıllı rayon sakini C.İsmayılzadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə müəyyən olunaraq saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.