SON XƏBƏRLƏR

Narkotik təsiri altında avtomobil idarə edən Lənkəran sakini saxlanılıb. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Rayon sakini Ağasəlim Məmmədzadənin idarə etdiyi “Khazar” markalı avtomobil Abşeron rayonu ərazisində saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 327, 332, 333, 342-ci maddələri ilə protokollar tərtib edilib.

Məhkəmənin qərarı ilə Ağasəlim Məmmədzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 400 manat məbləğində cərimə olunub.