SON XƏBƏRLƏR

Lənkəran rayon sakini Abşeron rayonu, Masazır qəsəbəsində evlərin birindən oğurluq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində evdən pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini N.Məmmədova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.