SON XƏBƏRLƏR

Lənkəran sakini narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli bilinərək saxlanılıb. Bu haqda bu gün, 17 yanvar tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin istifadəsində şübhəli bilinən Lənkəran rayon sakini Faiq Hüseynov saxlanılıb. Onun üzərindən heroin, metadon və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.