Lənkəran sakini Bakıda dünyasını dəyişib. Bu haqda məlumatı Cənublu.az 20 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
İyunun 19-u saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində Gəncə şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Elvar Abasovu vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.